Sneyderin "Qalatasaray"a keçidi rəsmiləşdi
Artıq neçə müddətdir “Qalatasaray”ın hədəfində olan U.Sneyderlə artıq 3,5 illik müqavilə imzalanıb.

Artıq “Qalatasaray” futbolçunun keçidinin baş tutduğu haqda rəsmi açıqlama verib.

Futbolçu yeni klubu və baş məşqçi Fatih Terim haqda fikirlərini bildirib:

“Çox həyəcanlıyam. “Qalatasary”ın heyətində çıxış edəcəyim ilk oyunu səbirsizliklə gözləyirəm. Türk azarkeşlərinin futbolu nə dərəcədə sevdiklərini bilirəm. Təxmin edirəm məni necə qarşılayacaqlarını. Terim haqda çox eşitmişəm. Onun kimi biriylə işləmək çox həyəcanlı və gözəl olacaq. Futbol oynamq üçün hazıram. Həmişə böyük oyunlarda iştirak etməyi sevmişəm. Həftə sonu baş tutacaq “Beşiktaş”la oyunda forma geymək istərəm”.

Xəbər 832 dəfə oxundu.