Jak Roqq: Dünya müasir olimpiya oyunlarının banisinin ideyalarından hələ də bəhrələnir
2013-cü il beynəlxalq olimpiya hərəkatı üçün əlamətdar illərdən biri sayılır. Çünki bu il dünya idman ictimaiyyəti müasir olimpizmin banisi baron Pyer Kubertenin 150 yaşı tamam olur. Bu münasibətlə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq fikirləri ilə bölüşüb:
- Çoxları kimi, mən də hesab edirəm ki, olimpiya hərəkatının keçdiyi yola ətraflı nəzər salmaq yeni ilin başlanğıcı üçün əsl münasib vaxtdır. Bu günlər bu fikirlər xüsusi bir hadisə ilə daha da əlamətdar olub.

Müasir olimpiya oyunlarının banisi Pyer Kubertenin 150-ci doğum günü 2013-cü ilin ilk gününə təsadüf edib. Kubertenin şüarı əsasən, “ İrəli bax, açıq danış, qətiyyətli ol!“ olub.

Kuberten onun Oyunlar barədə ideyaların tarixdə ən mühüm mədəni hadisələrdən biri kimi böyüyüb inkişaf edəcəyini xəyalına belə gətirə bilməzdi. Başqa sözlə, Oyunlar dünyanın hər yerində milyonlarla insanı və demək olar ki, planetin hər bir ailəsini həyəcanlandırır və onlara təsir göstərir. Əlbəttə, Kuberten Beynəlxalq Olimpiya Komitəsinin 118 ildən sonrakı durumunu görsəydi, çox heyrətlənərdi. Ələlxüsus da, 2012-ci ildə keçirilən Oyunların möhtəşəm açılış mərasiminə heyran qalardı.
Keçən il Londonda təşkil olunan olimpiya oyunları sorğusuz-sualsız insanların yaddaşlarına həkk olunacaq. Bu həqiqətən də çox möhtəşəm Oyunlar idi. Əminəm ki, yeniyetmələrin olimpiya oyunları da ürəklərdə həmişə kök salacaq. Avstriyanin İnsburq şəhərində keçiriləcək birinci Qış Olimpiya Oyunları da böyük uğurlarla keçərək, daha bir ənənənin sürətlə kök salmasına kömək edəcək. Bunlardan əlavə idmanda qadınların iştirakını təmin edən tədbirlərimiz də mühüm nəticələrin əldə olunacağına ümid bəsləyirəm. Digər təşəbbüslər arasında xüsusilə olimpiya dəyərlərinin inkişaf etməkdə və sürətlə yayılmaqdadır.

Birləşmiş Millətlər Təşkilatı idmanın inkişafına xüsusi dəstək verərək, bu sahədə əməkdaşlığa daha yaxından maraq göstərir.

Əsas məqsədimiz idmanın toxunulmazlığını dəstəkləmək, böyüməsinə, genişlənməsinə xidmət göstərmək və müdafiə etməkdir.
Bu gün Beynəlxalq Olimpiya Komitəsinin maliyyə vəziyyəti də sağlamdır. Bundan sonra həmişə belə də olmalıdır.

Kuberten idmanın yalnız fiziki güclülük prinsipindən ibarət olmadığını deyir və bu fikri müdafiə edirdi. O hesab edirdi ki, iradə və ağıl da idmanda öndə gəlir. Kubertenin ideyalarından və fikirlərindən bu gün də geniş istifadə olunur.

Əvvəllər idman qeyri-ciddi, əyləncə xarakterli məşğuliyyət hesab edilirdi. Həqiqətən də idman əvvəllər çox zərərli və əksərən intellektə ziyan sayılıb. Məhz elə buna görə idman tez-tez laqeydliklə, biganəliklə, açıq müqavimətlə daim üz-üzə olub. İllər sonra o etiraf etmişdi ki, onun ideyaları, fikirləri ilk əvvəl yalnız “xəyal və arzu»dan ibarət idi. Lakin Kuberten qarşısındakı maneələrə baxmayaraq, qətiyyəti, inamı, fədakarlığı, zəhməti və hətta şəxsi həyatını da qurban verməklə qədim olimpiya oyunlarını canlandırdı, ona yeni həyat verdi və məhz o böyük şəxsiyyətin sayəsində olimpizm bu gün nəfəs almaqdadır. Bəşəriyyət inanır ki, idman inamı, dəyərləri, dostluğu və hörməti insanlar arasında təbliğ etiəkdə və artırmaqdadır.

Kuberten uzun müddət Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olub. O, Oyunlarda və müsabiqələrdə həmişə gələcəyə inam daşıyıb. Olimpiya hərəkatı onun həyatında böyük iz qoyub. Milyonlarla insanlar bu gündə onun qoyub getdiyi bu mirasdan bəhrələnir və gələcək nəsillərə də yeni iz qoyur.

Kuberten bizə bir çox şeyləri, əsasən də dünyanın ən böyük olimpiya simvollarından olan halqanın bir-birinə calanmış, birləşmiş ideyalarını qoyub. Açıq və qapalı mərasimlər, atletlərin andı, olimpiya muzeyləri də bunlar sırasındadır.

Olimpiya Nizannaməsi isə bizi başqa idman təşkilatlarından fərqləndirir.
Olimpiya oyunlarının 118 illik tarixinə baxmayaraq bu gündə öz yenilik təravətini qoruyur, sürətlə inkişaf edir və edəcək də.

Xəbər 641 dəfə oxundu.