Rumenigge: Quardiola ən yaxşı məşqçilərindən biridir
«Barselona»nın keçmiş baş məşqçisi Xosep Quardiola Münhen «Bavariya»sını çalışdıracaq. İdman.com.az saytının məlumatına görə, o, komandanın hazırkı sükançısı Yupp Haynkesi əvəz edəcək.

Bu gün 42-ci ad gününü qeyd edən Quardiola 4 ildə 14 titul qazandırdığı «Barselona»nı nə La Liqada, nə də Çempionlar Liqasında uğur əldə edə bilmədiyi ötən mövsümün sonunda tərk etmişdi. Məşqçi bir illik fasilə götürərək, yeni işə yeni qüvvə ilə başlamağı düşünürdü. İndi onu ən titulu alman klubu ilə 3 il gözləyir.

«Bavariya»nın baş direktoru Karl-Hayns Rumenigge komandanın gələcək məşqçisi barədə bunları deyib: «Biz Avropanın bir çox böyük klublarının iddia etdiyi bil məşqçini cəlb edə bilməyimizdən çox məmnunnuq. Quardiola dünyanın ən yaxşı məşqçilərindən biridir və onun «Bavariya»ya gəlişi tək bizim deyil, bütün alman futbolunun uğurudur».

Xəbər 1169 dəfə oxundu.