Teves «Boka Xuniors»a dönmək istəyir
«Mançester Siti»nin forvardı Karlos Teves yenidən doğma «Boka Xuniors»unda oynamaq isdəyini etiraf edib. Ələlcüsus da Karlos Byankanın rəhbərliyi altında. Tevesin «Siti» ilə müqaviləsi ilyarımdan sonra bitir və komandanın baş məşqçisi Roberto Mançini bir qədər öncə bildirmişdi ki, klub futbolçu ilə müqaviləni uzatmağa çalışacaq.

İdman.com.az saytının məlumatına görə, əgər futbolçunu razı salmaq mümkün olmasa, onun satışı barədə düşünmək lazım gələcək. Argentinalının özü dəfələrlə bildirib ki, «Siti» qarşısında vəzifələrini yerinə yetirib, sonra vətəninə dönmək istəyir.

İndi də forvard peşəkar karyerasını başladığı «Boka Xuniors»a dönmək istədiyini deyir: «Boka Xuniors»a dönmək variantı həmişə mövcuddu. Ələlxüsus da Byanka ona rəhbərlik etdiyi bir vaxtda. Mən yenə bu komandanın formasını geyinmək istəyirəm».

Xəbər 990 dəfə oxundu.