Berluskoni Balotellidən üzr istədi
«Milan»ın prezidenti Silvio Berluskoni «Mançester Siti»nin futbolçusu Mario Balotellini «çürük alma» adlandırdığına görə üzr istəyib. İdman.com.az saytı xəbər verir ki, bununla yanaşı, o, komandasının «şəhərlilər»in forvardı ilə maraqlanmadığını da təsdiqləyib. İtaliyan klubunun prezidenti sözlərinin təhqir xarakteri daşımadığını bildirib:

«Mən demişdim ki, komandanın soyunub-geyinmə otağında pozitiv adamlar lazımdı. Mən konkret olaraq Balotellini nəzərdə tutmurdum və sözlərim onun ünvanına təhqir kimi anlaşılığsa, üzr istəyirəm. O, «Milan»a keçə bilərmi? Mənim komandamda onun transferi ilə bağlı heç kəs danışıq aparmır».

Xəbər 979 dəfə oxundu.