Robbi Kin müqaviləsini uzatdı
«Los Anceles Qelaksi»nin irland forvardı Robbi Kin komandası ilə müqaviləsini daha bir neçə mövsümlük uzadıb. Kin ötən mövsümün yekununa əsasən «Qelaksi»nin ən faydalı oyunçusu seçilmişdi. Komanda həmin mövsümdə MLS çempionu titulunu qazanıb.

İdman.com.az saytının xəbərinə görə, avropalı forvard amerikalıların çempionatında keçirdiyi 28 oyunda 16 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Klubdan Kinin «Los Anceles Qelaksi» ilə müqaviləsini uzatması təsdiqlənsə də, müqavilənin dəqiq müddəti barədə məlumat verilmir.

Xəbər 1068 dəfə oxundu.