Şakira yoxsul uşaqlar üçün kamera qarşısında
«Barselona»nın ulduzu Lionel Messi 4 «Qızıl top»unu göstərməklə məşğul olduğu halda, argentinalının komanda yoldaşı həyat yoldaşının qarnını nümayiş etdirərək gündəmdə öz yerini saxlayır. İdman.com.az saytının məlumatına görə, futbolçu məşhur müğənni ulduz xanımı Şakira ilə birgə kamera qarşısına çıxıb.

Kameraların mərkəzində isə hamilə Şakiranın şişmiş qarnı yer alır. Belə şəkilləri Şakira futbolçu ərinin müşayiət ilə xoş məramlı səfiri olduğu UNİCEF-ə yardım məqsədi ilə edir. Məqsəd diqqəti dünyanın yoxsul bölgələrində yaşayan yolxsul uşaqlara cəlb etməkdi.

Xəbər 2325 dəfə oxundu.