Səmti müəyyən etmə Azərbaycanda
"İdman ili"nin yekunları və 2013-cü ilin inkişaf perspektivləri

Bildiyimiz kimi, 2012-ci il Azərbaycanda rəsmi olaraq "İdman ili” elan edilib. Ötən ilin idman ili kimi uğurlu keçdiyini cəsarətlə iddia edə bilərik. Səmti müəyyən etmə Azərbaycan üçün nisbətən yeni idman növü olmasına baxmayaraq, bütün digər idman istiqamətlərinin inkişafından geri qalmır.
24 dekabr 2012-ci il tarixində "Buta Palace” konsert kompleksində "İlin yekunları” adlı rəsmi tədbir keçirilib. Azərbaycanın idman ictimaiyyətinin bütün nümayəndələrinin iştirak etdiyi həmin tədbirdə ən yaxşı və müvəffəqiyyətli idmançıların və idman təşkilatlarının adları açıqlanıb. Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti ilk dəfə olaraq bu mərasimə dəvət olunması faktı qeyd olunan federasiyanın ötən ildə əldə etdiyi uğurları və inkişafı tendensiyasının idman ictimaiyyətinin nəzərinə çarpdığını təsdiq edir. Bundan əlavə, Səmti Müəyyən Etmə İdman Federasiyası Mirəli Kazımovun qismində 24 dekabrda karate üzrə "Prezident Kuboku” beynəlxalq turnirin keçirilməsində göstərilmiş diqqət və qayğıya görə fəxri fərmanla təltif olunub. İdman federasiyalarının üzərinə müəyyən öhdəlikləri qoyan idman inkişafı siyasəti uzlaşaraq inkişaf edir və müvafiq olaraq yekun nəticəyə müsbət təsir edir.

2012-ci il həqiqətən də səmərəli keçib. Hər kəsə aydındır ki, ötən il böyük ümidlər verən uğurlu bir startdır və yeni nailiyyətlər yaxın gələcəkdə özünü çox gözlətməyəcək.
13 yanvarda, köhnə yeni il ərəfəsində, Səmti Müəyyən Etmə İdman Federasiyasının Şurası, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Vergilər Nazirliyinin dəstəyi ilə dostların, yoldaşların və bu idman növünü sevən hər kəsin görüşünü – gözəl bayram gecəsini təşkil edib. Mərasim "Anatolia” hotelində baş tutub və federasiyanın yekun rəsmi tədbiri kimi yox həmçinin, hələ də coşğun səmti müəyyən edənlərin sıralarına daxil olmayanlar üçün tanışlıq və ünsiyyət qurmaq, dostlaşmaq və nəhayət ürəkdən əylənməyə imkan yaradan qeyri-rəsmi gecə kimi düşünülüb.

Gecədə təqdim olunmuş hədiyyələr "Baltika” şirkəti və "İnterbudmontaj” Ukrayna Tikinti Korporasiyası tərəfindən təmin edilib.
Tədbirin birinci hissəsi ötən ilin yekunlarına həsr edilib. Federasiya prezidenti görülmüş işlər barədə, əsas nailiyyətlər və uğurlar haqqında danışıb. Bu gün federasiyanın tərkibinə 12 müxtəlif təşkilat daxildir. Səmti Müəyyən Etmə İdman Federasiyası isə öz növbəsində beynəlxalq federasiyanın üzvü olub. Son zamanlar ərzində federasiyanın uğurlu fəaliyyəti sayəsində səmti müəyyən etmə idmanı üzrə yarışların Azərbaycanın digər regionlarında da keçirilməsi üzrə "coğrafiyanın” müxtəlifləşdirilməsinə imkan yaradan doqquz yeni idman xəritəsi hazırlanıb. Xarici partnyorlarla cari ilin aprel ayının əvvəlində Respublikamızda səmti müəyyən etmə üzrə yarışların keçirilməsi üçün elektron qeyd olunma sisteminə dair avadanlıq komplektinin SMEİF üçün Azərbaycana gətirilməsi haqqında razılıq əldə olunub. Beləliklə, Azərbaycan səmti müəyyən etmə idmanı üzrə yarışların artıq bu ildən etibarən dünya təcrübəsinə uyğun standartlar üzrə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu kontekstdə səmti müəyyən etmə idmanının Azərbaycan Respublikasındakı inkişafında mühüm mərhələsi kimi Federasiya Şurasının bu idman üzrə yarışların ölkəmizdə dünya standartlarının tələblərinə müvafiq olaraq keçirilməsinə imkan yaradacaq, şəxsən özünün hüquqi-normativ bazasının hazırlanması, eləcə də idman adları və dərəcələrinin verilməsi üzrə apardığı işlərin qeyd olunması zəruridir.

Yaxın zamanlarda Vergilər Nazirliyinin Şamaxı şəhərində yerləşən Tədris mərkəzinin əsasında səmti müəyyən edən idmançıların hazırlanması üzrə elmi-praktiki mərkəzin formalaşdırılmasına dair işlərin yekunlaşdırılması planlaşdırılır.

Qonaqların diqqətinə keçirilmiş tədbir və çempionatlar haqqında video-film təqdim edilib. Bu tədbirlər arasında ən parlağı kimi Açıq Respublika Çempionatı və Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kubokunu qeyd etmək olar. Yarışlar böyük uğurla keçən ilin payızında Xaçmaz rayonunda keçirilmişdir və bu yarışlarda 200-ə yaxın idmançı iştirak edib.

Federasiyanın rəyasət heyətinin üzvləri bir çox müsahibə və söhbətlər zamanı bu ilin idman proqramı haqqında danışıblar. Təqvim planına müvafiq olaraq, 2013-cü ildə respublikada, o cümlədən təhsil müəssisələri, idman cəmiyyətləri, nazirlik və hərbi strukturlar arasında müxtəlif yarışlar keçiriləcək. Onların arasında əlbəttə ki, ən mühümi kimi Açıq Respublika Çempionatı, eləcə də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq beynəlxalq turnir və kubok yarışlarını hesab etmək olar. Xüsusilə də, 2013-cü ilin sentyabr ayında Ukraynanın Ujqorod şəhərində səmti müəyyən etmə idmanı üzrə ilk ümumittifaq yarışların SSRİ-də keçirilməsinin 50 illiyi qeyd olunacaq və Azərbaycan Respublikasının Səmti Müəyyən Etmə İdman Federasiyası bu miqyaslı tədbirdə iştirak etməyi planlaşdırır.

Xəbər 1754 dəfə oxundu.