20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş turnir

Cüdo üzrə 1999-2000-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında şəhər birinciliyinə yekun vuruldu
12-13 yanvar 2013-cü il tarixlərində Paralimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 1999-2000-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.
Açılış mərasimində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov çıxış edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib.
Gərgin idman mübarizəsi şəraitində iki gün davam edən yarışda şəhər cüdoçuları Şəfəq İsmayılova (28 kq), Şəhanə Hacıyeva (32 kq), Nərmin Səmədli (40 kq), Gültac Məmmədəliyeva (44 kq) və Fidan Tanrıverdiyeva (+52kq) qızlar arasında, Nicat Süleymanov (30 kq), Şahin Aslanov (34 kq), Rövşən Əliyev (38 kq), Nicat İsmayılov (42 kq), Qənbər Hüseynli (46 kq), Əli Rüstəmov (50 kq), Nicat Mirzəzadə (55 kq), Sabir İsmayılov (60 kq), Elbrus Hüseynzadə (66 kq) və Bəxtiyar Musayev (+66 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif ediliblər.

Mail Hümbətov
Sumqayıt şəhər Gənclər və İdman Baş
İdarəsinin baş məsləhətçisi

Xəbər 1088 dəfə oxundu.