Cihan Özkara Türkiyə klubundan kənarlaşdırıldı
Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara Türkiyə çempionatının I liqasında çıxış edən “Kayseri Erciyesspor”a da lazım olmayıb.
21 yaşlı hücumçu ilə anlaşma qarşılıqlı razılıq əsasında pozulub.
Baş məşqçi Osman Özköyülü mövsümün ikinci yarısında Özkaranı heyətdə düşünmədiyini bildirib.

Qeyd edək ki, Cihan Özkara mövsümün əvvəllərində “Kayseri Erciyesspor”a “Sivasspor”dan bir illik icarəyə verilib.
Əlavə edək ki, Cihanın Azərbaycan klubları ilə danışıqlar apardığı bildirilir.

Xəbər 871 dəfə oxundu.