Hollandiya millisinin heyəti açıqlanıb
Qadın voleybolçulardan ibarət Hollandiya millisinin heyəti açıqlanıb. “Narıncılar”ın baş məşqçisi Qido Vermeulen FİVB Qran-pri turnirində və Avro-2013-də güvənəcəyi oyunçuları müəyyənləşdirib.

O, Azərbaycan Super Liqasında oynayan bütün həmyerlilərinə dəvət göndərib. Belə ki, Vermeulen hər 2 möhtəşəm yarış üçün “Azərreyl”dən Debbi Stam, Manon Flier, Karolina Vensinkə, “Lokomotiv”dən Maret Qrotuesə dəvət göndərib.

Hollandiya millisinə 14 voleybolçu çağırılıb ki, onlardan da 2-si təlim-məşq toplanışından sonra komandadan ayrılacaq.

Xəbər 1092 dəfə oxundu.