1/4 final oyunlarına yekun vurulub
İtaliya kubokunda futbol üzrə 1/4 final oyunlarına yekun vurulub.
Səfərdə "Fiorentina"nın qonağı olan "Roma" çətin qələbə qazanıb. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan görüşdə əlavə hissəyə ehtiyac duyulub. Burada hesabı açmağa müvəffəq olan "Roma" futbolçuları bu üstünlüklərini sonadək qoruyaraq yarımfinala adlayıblar - 1:0.

Xəbər 852 dəfə oxundu.