"Simurq" gürcü klubunu məğlub etdi
Qış fasiləsində hazırlıqları Zaqatalada davam etdirən əvəzedici heyətimiz ilk yoxlama görüşünü keçirdib. Komanda doğma arenada Gürcüstanın "Merani" klubunu qonaq edib. Qarşılaşmadan sarı-qaralar 3:2 hesabı ilə qalib ayrılıb. Zaqatala təmsilçisinin qollarını Həsən Qəhramanov və yeni heyətə qatılmış Ruslan Varançov (2) vurub.


Qeyd edək ki, "Simurq" növbəti yoxlama görüşlərini yanvarın 25-i və 30-da keçirdəcək. Əvəzedicilər I dəstədə mübarizə aparan Gəncənin "Tərəqqi" və Mingəçevirin "Energetik" kollektivləri ilə görüşəcək.

Xəbər 941 dəfə oxundu.