Astarada “İdman ili”nin nəticələri ürəkaçan olub
Ölkəmizdə 2012-ci ilin “İdman ili” elan olunması ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir.

“İdman ili”ndə rayonun idman tarixində ən yaddaqalan və əlamətdar hadisə Astara Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi və idman kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi olmuşdur.

Ötən il Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıarı böyük uğura imza ataraq 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışlar.

Olmpiya Oyunlarında astaralı idmançı Səbrayıl Həsənov idmanın sərbəst güləş növündə beşinci yerə layiq görülərək Astara rayonunun idaman tarixində yeni səhifə açmışdır.

“İdaman ili” çərçivəsində rayonda 168 tədbir həyata keçirilmişdir. Bunlardan 110-u rayon, 58-i isə respublika əhəmiyyətli tədbirlər olmuşdur.

Astaralı idmançılar “İdman ili”ndə respublika birinciliklərində və çempionatlarında, Beynəlxalq turnirlərdə 195 medal qazanmışlar. Bunlardan 86-sı qızıl, 55-i gümüş, 54-ü bürünc medallardır.
AzərTAc

Xəbər 791 dəfə oxundu.