Sumqayıt”ın daha iki üzvü “Trabzonspor”da
Sumqayıt”ın daha iki üzvü “Trabzonspor”un düşərgəsinə yollanacaq.
“Bordo-mavililər” Orxan Əliyevdən başqa, hücumçu Ruslan Nəsirli və yarımmüdafiəçi Şamil Cəmaləddinovu da baxışa dəvət edib.
Bu gün “Sumqayıt”a “Trabzonspor”un rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub.

Qeyd edək ki, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.

Xəbər 802 dəfə oxundu.