Azərbaycan şahmatçıları beynəlxalq turnirdə
İspaniyanın Sevilya şəhərində şahmat üzrə 38-ci beynəlxalq turnir davam edir.
Yarışda iştirak edən Azərbaycan şahmatçısı Azər Mirzəyev ukraynalı Ruslan Pogorelov ilə, digər idmançımız Bəhruz Rzayev isə İspaniya təmsilçisi Erminio Errais ilə heç-heçə oynamışlar.
Beşinci turun nəticələrinə görə, hər iki şahmatçımızın hesabında 4 xal vardır. Bu nəticə ilə A.Mirzəyev yeddinci, B.Rzayev isə doqquzuncu yerdə qərarlaşmışdır.
AzərTAc

Xəbər 891 dəfə oxundu.