“Kəpəz”in məşqçilər korpusunda dəyişiklik edilib
“Kəpəz”in məşqçilər korpusunda dəyişiklik edilib. Mehman Hacıyevin əvəzedici heyətə göndərilməsindən sonra boş qalan köməkçi-məşqçi vəzifəsini İbrahim Hüseynov tutub.
O. baş məşqçi Mahmud Qurbanov tərəfindən “Kəpəz”ə dəvət olunub. Hüseynovun sonuncu iş yeri “Tərəqqi” olub. O, Gəncənin aşağı diviziondakı təmsilçisində oynayan-məşqçi funksiyasını yerinə yetirib. Hüseynov hazırda Bakıda olan komandanın təlim-məşq toplanışında iştirak edir.

Xəbər 836 dəfə oxundu.