“Eskişəhərspor” növbəti yoxlama matçını keçirib
Millimizin üzvü Ufuk Budakın çıxış etdiyi “Eskişəhərspor” növbəti yoxlama matçını keçirib. Super Liqa komandası Almaniyanın aşağı divizion təmsilçisi “Reqensburq” klubu ilə qarşılaşıb.
Oyun 2:2 hesablı bərabərliklə bitib. Yığmamızın üzvü qarşılaşmada forma geyməyib. Uzun müddət zədəli olan Ufuk hazırda Almaniyada müayinədən keçir.

Xəbər 858 dəfə oxundu.