"Simurq" "Zestafoni"ni məğlub etdi
"Simurq"un əvəzedici komandası ilk yoxlama görüşünü keçirib.
Zaqatala təmsilçisi doğma arenada Gürcüstanın "Zestafoni" klubunu qəbul edib.

Təmsilçimiz 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Simurq" növbəti yoxlama görüşlərini yanvarın 25-i və 30-da keçirəcək. Əvəzedicilər I dəstədə mübarizə aparan Gəncənin "Tərəqqi" və Mingəçevirin "Energetik" kollektivləri ilə görüşəcək.

Xəbər 857 dəfə oxundu.