Lixtenşteyn yığması ciddi itki ilə qarşılaşa bilər
Azərbaycan millisinin rəqibi Lixtenşteyn yığması ciddi itki ilə qarşılaşa bilər. Fevralın 6-da yığmamızla yoxlama oyunu keçirəcək cırtdan ölkə təmsilçisi təcrübəli futbolçusu Frans Burqmeyeri itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Belə ki, millidə 75 matç keçirən sol cinah oyunçusu çıxış etdiyi “Vaduts”un heyətində zədələnib. Həm müdafiə, həm yarımmüdafiənin cinahında oynayan universal futbolçunun özü isə millinin təlim-məşq toplanışına qatılmaq ümidini itirmədiyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn Dubayda keçiriləcək.

Xəbər 816 dəfə oxundu.