“Neftçi” “Amkar”a qarşı
“Neftçi”nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarındakı rəqiblərindən biri müəyyənləşib. Paytaxt klubu Rusiya “Amkar”ı ilə üz-üzə gələcək.
Oyun Türkiyənin Antalya şəhərində baş tutacaq. Qarşılaşmanın dəqiq tarixi hələ bəlli deyil. “Amkar” yanvarın 18-də digər Azərbaycan klubu – “İnter”lə də qarşılaşacaq.

Xəbər 866 dəfə oxundu.