Falkaodan Fransa klubuna xoş mesaj
Radamel Falkao PSJ-nin ona olan marağına münasibət bildirib. “Atletiko”nun kolumbiyalı ulduzu Fransa klubuna xoş mesaj göndərib.

“Fransa fövqəladə bir ölkədi. Daha öncə oraya getdim və heyran oldum. PSJ həyacanverici bir layihəyə sahibdi və böyük bir klub qurmaq üçün böyük yatırımlar qoyur. Bir az zamana ehtiyacları var. Orda oynamaq imkansız bir şey deyil. Bəlkədə qısa zamandan sonra Fransa mətbuatının qarşısına çıxaram”, deyə Falkao Paris klubuna müsbət yanaşdığını göstərib.

Xəbər 940 dəfə oxundu.