“İnter” Yunanıstanda keçiriləcək beynəlxalq turnirdə
Nardaran idman zalında “İnter” peşəkar idman klubunun cüdo seksiyası fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi illər ərzində bir neçə uğura imza atan seksiya növbəti yarışlara hazırlaşır. Yanvarın sonunda “İnter”in cüdoçuları Yunanıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Daha sonra “İnter”in idmançıları Bakıda ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan turnirə qatılacaqlar.
Klubun cüdoçuları ötən il bir neçə turnirdə mükafatçılar sırasında yer almışlar.
AzərTAc

Xəbər 805 dəfə oxundu.