Dünya kubokuna azı 3 şahmatçı ilə
Bu ilin oktyabr ayında Norveçin Tromsö şəhərində keçiriləcək şahmat üzrə dünya kuboku yarışında ölkəmizi azı 3 şahmatçı təmsil edəcək. FİDE turnirin 128 iştirakçısının hansı turnirlər və amillər üzrə müəyyənləşəcəyini dərc edib.

Müxtəlif mötəbər çempionat və turnirlər dünya kubokuna seçmə xarakteri daşıyır. Yüksək reytinqlərinə görə ölkəmizin şahmatçılarından Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov dünya kubokuna qatılmaq hüququ əldə ediblər.

Bundan əlavə, turnirə ötənilki Avropa çempionatından Vasif Durarbəyli də oraya vəsiqə qazanıb. Bu il keçiriləcək qitə çempionatı da dünya kubokuna vəsiqə verəcək. Belə halda dünya kubokunda Azərbaycan təmsilçilərinin də sayı arta bilər.

Xəbər 1341 dəfə oxundu.