“Xəzər-Lənkəran” futbol komandası Türkiyədədir
“Xəzər-Lənkəran” futbol komandası təlim-məşq toplanışı keçmək üçün Türkiyədədir.
İstanbul hava limanında komandaya rumıniyalı legionerlər Adrian Pit və Manuel Skarlatake qoşulmuşlar.
Antalyada “Xəzər-Lənkəran”ın məskunlaşdığı “Ela Quality Resort” otelində komandanı zədədən sonra bərpa prosesi keçən braziliyalı müdafiəçi Eder Bonfim və yeni transfer Gökhan Güleç qarşılamışlar.
AzərTAc


Xəbər 949 dəfə oxundu.