Atletika üzrə paytaxt qalibləri müəyyənləşib
Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilib.
Yarışda Bakı şəhərində yerləşən 7 idman cəmiyyəti və klublarını təmsil edən 123 idmançı (38 nəfər qadinlar) iştirak edib. Idmançılar 60 m, 200 m, 400 m, 800 m, 1500 m məsafəyə qaçış, 60 m məsafəyə sədlərlə qaçış, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma və yadro itələmə yarışlarında qüvvələrini sınayıblar. Kişilər arasında Eyyub Bayramov (“Ümid” İK), Murad İbadullayev (“Atletika” İK), Vadim Ryabixin (BTİ-nin 5 saylı İOEUGAM), Vüqar Novruzov (“Təhsil” RİM), Asəf Mehtiyev (“Neftçi” İSM), Məmmədov Tofiq (“Təhsil” RİM), Vladislav Burdakov (BTİ-nin 5 saylı İOEUGAM), İbadullayev Murad (“Atletika” İK), Vadim Ryabixin (BTİ-nin 5 saylı İOEUGAM), Arif Abbasov (“Neftçi” İSM), Şimşək Əlizadə (“Ümid” İK) birinci yerləri tutublar. Qadınlarda isə Yekaterina Sarıyeva (“Atletika” İK-BTİ), Zəkiyyə Həsənov (“Neftçi” İSM), Şəfa Məmmədova (“Neftçi” İSM), Günel İsmayılova (“Təhsil” RİM), Valeriya Balyanina (“Spartak”), Adilə Məmmədli (“Spartak”), Yekaterina Sokolova (BTİ-nin 5 saylı İOEUGAM), Ülkər Qəmbərova (“Ümid” İK) hamıdan üstün olublar.

Xəbər 1334 dəfə oxundu.