Bakı komandası stolüstü tennisdə birincidir
Gədəbəy rayonunda qızlar və oğlanlar arasında stolüstü tennis üzrə turnir keçirilib. Turnirdə Gəncə, Sumqayıt, Şəki, Quba, Siyəzən komandaları ilə yanaşı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş paytaxt komandası da iştirak edib. Yarışın nəticəsinə görə Bakı yığma komandası birinci yerə layiq görülüb.

Xəbər 1135 dəfə oxundu.