Boks üzrə ölkə çempionatına yekun vurulub
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən böyüklər arasında boks üzrə ölkə çempionatına yekun vurulmuşdur.
2007-ci ilin dünya çempionatının bürünc medalçısı Samir Məmmədov (56 kq) finalda ötən ildə Neft Ölkələrinin Dünya Kuboku yarışlarında üçüncü olmuş İlkin Ağayevlə qarşılaşmışdır. Bərabər mübarizə şəraitində keçən döyüşdə daha təcrübəli S.Məmmədov qalib gəlmişdir.
19-22 yaşlılar arasında Avropa çempionatının qalibi Elvin İsayev (60 kq) gənclər arasında dünya çempionu Şaban Şahpələngovla döyüşdə məğlub olmuşdur. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli (81 kq) gənclər arasında Avropa çempionu Rauf Rəhimova uduzaraq ikinci yerlə kifayətlənmişdir.
Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov (91 kq) “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev döyüşdə növbəti dəfə Azərbaycan çempionu titulunu qazanmışdır.
Ümumi komanda hesabında “Rabitə” birinci, “Neftçi” ikinci, “Qızıl əlcək” klubu isə üçüncü yeri tutmuşlar.
AzərTAc

Xəbər 1097 dəfə oxundu.