Milli komandamıza daha bir futbolçu çağırılacaq
Milli komandamıza Almaniyadan daha bir futbolçu çağırılacaq. Bu türk əsilli oyunçu Fatih Şanlıdı.
Bu barədə onun çıxış etdiyi “Berqiş Qladbax” klubunun baş məşqçisi Ditmar Şaxt açıqlama verib. Regional Liqa təmsilçisinin baş məşqçisi bildirib ki, Fatih 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alacaq.
Qeyd edək ki, Fatih Şanlının 20 yaşı var. Hücum xəttində çıxış edən “Berqiş Qladbax”a ötən yay keçib. Bu müddətdə o, 9 oyunda meydana çıxıb (376 oyun), 1 qol vurub və 1 sarı vərəqə alıb. “Köln”ün yetirməsi olan futbolçu 2010-2012-ci illərdə bu komandanın əvəzedici heyətində 6 oyun keçirib.

Xəbər 1153 dəfə oxundu.