“İnter” Türkiyə toplanışı davam etdirir
“İnter” Türkiyə toplanışı davam etdirir. Komanda dünən plana uyğun şəkildə məşq edib.
Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif məsafələrə qaçış həyata keçiriblər. Axşam məşqində isə komanda qısa ötürmələr üzərində çalışıb, kiçik qapılara ikitərəfli oyun keçirib. “İnter” bu gün də iki dəfə məşqə çıxacaq.

Xəbər 889 dəfə oxundu.