“Turan” 4 futbolçu dəvət edib
“Turan” baxışa 4 futbolçu dəvət edib. Əfqan Talıbovun sınadığı futbolçular əcnəbidi.
Bunlardan ən məşhuru Pavlo Yançukdu. 26 yaşlı ukraynalı müdafiəçi Kiyev “Dinamo”sunun yetirməsidi. O, 2002-2005-ci illərdə “Dinamo”nun əvəzedici heyətində (53 oyun, 3 qol) çıxış edib. Yançuk sonrakı illərdə Ukraynanın “Obolon”, Rumıniyanın “Argeş”, “Liberti”, “UTA Arad”, “Bihor”, Almaniyanın “St.Pauli” və Macarısıtanın “Honved” klublarında çıxış edib. Pavlo 2012-ci ildə keçdiyi Moldovanın “Tiraspol” klubunda 8 oyun keçirib.
Ondan başqa Əfqan Talıbov Aleksey Rodoviç, Amberk İndjibaşvili və Yoroslav Suxanovu baxışdan keçirir. Onlar barədə yekun qərar yaxın günlərdə veriləcək.

Xəbər 810 dəfə oxundu.