Uolkkot yeni müqaviləsini razılaşdırıb
«Arsenal»ın forvardı Teo Uolkott klubu ilə yeni müqaviləsini n şərtlərini razılaşdırıb. İdman.com.az saytı xəbər verir ki, bu razılaşma barədə rəsmi məlumat komandanın həftəsonu «Mançester Siti» ilə Premyer Liqadakı oyunundan sonra elan olunacaq.

Yeni saziş sayəsində futbolçunun maaşı indiki həftəlik 60 min funtdan 50 faizə qədər artırılaraq, təxminən 90 min funta çatdırılacaq. İngiltərə yığmasının oyunçusu bundan əlavə kluba sədaqətə görə də daha bir neçə milyonu mükafat şəklində alacaq. Müqavilənin 4 il müddətinə bağlanacağı gözlənilir.

Uolkotun sazişinin şərtləri ətrafında aparılan söhbətdə komandanın baş məşqçisi Arsen Venger və icraçı direktor İvan Qazidis də iştirak edirdilər. Tərəflər bütün məsələləri həll ediblər və sadəcə 23 yaşlı futbolçunun sazişə imza atması qalıb.

Xəbər 922 dəfə oxundu.