Messi Gerd Müllerə köynək bağışladı
«Barselona»nın forvardı, ötən il alman futbol əfsanəsi Gerd Müllerin qol rekordunu təzələmiş Lionel Messi köhnə rekordçuya imzaladığı bir köynək göndərib.

İdman.com.az saytı xəbər verir ki, bu günlərdə 4-cü «Qızıl top»unu qazanan argentinalı 2012-ci ildə 91 qol vurub ki, bu da Müllerin 1972-ci ildə göstərdiyi rekorddan 6 top çoxdur.

Messi Müllerə göndərdiyi köynəyin üzərinə bu sözləri yazıb: «Gerd Müllerə böyük hörmət və heyranlıqla».

Xəbər 921 dəfə oxundu.