Ferqyuson oğlunun komandasını qurtaracaq
«Mançester Yunayted»in baş məşqçisi Aleks Ferqyuson komandasının iki gənc oyunçusunu – Davide Petruççini və Skott Vuttonu öz oğlu Darrenin yanına icarəyə göndərib. Daren Çempionşipdə yarışan «Piterboro»nun baş məşqçisidi.

Ser Aleks bu yolla oğlunun komandasına kömək etmək istəyir. İki futbolçunun ümumilikdə transfer dəyəri rəmzi olaraq 100 funt sterlinqə bərabərdi. Yarımmüdafiəçi Petruççi və müdafiəçi Vutton mövsümün sonunadək «Piterboro»da qalacaqlar.

İdman.com.az saytı xəbər verir ki, «Piterboro» cari mövsümjə çox uğursuz çıxış edir. 26 turdan sonra Daren Ferqyusonun komandası Çempionşipdə axırdan 4-cü yeri tutaraq, aşağı diviziona enmək təhlükəsi yaşayır. Komandanın hesabında cəmi 25 xal var.

Xəbər 947 dəfə oxundu.