«Bursaspor»dan «Sanderlend»ə
«Bursaspor»un fransız oyunçusu Alfred Ndiaye, ingilis klubu «Sanderlend»ə transfer olunub. Tərəflər arasında uzun sürən görüşmələr nəticə verib.

İdman.com.az saytı xəbər verir ki, srağagün sağlamlıq müayinəsindən keçmək üçün İngiltərəyə gedən NDiaye üçün «Bursaspor» və «Sanderlend» qəti razılaşma əldə ediblər.

«Yaşıl-ağlı» klubun gözlədiyi pul təminatı da artıq gəlib. «Sanderlend» NDiaye üçün 4,7 milyon avro ödəyəcəyini bildirib.

Xəbər 868 dəfə oxundu.