Maurinyu və La Liqa
Beynəlxalq futbol Tarixi və Statistikasıü Federasiyası (İFFHS) 2012-ci ilin ən yaxşı klub məşqçisini və liqalarını elan edib. Madrid «Real»ının sükançısı Joze Maurinyo «Çelsi»ni qitə klub zirvəsinə qaldırdıqdan bir neçə ay sonra komandanın uğursuz çıxışlarına görə istefaya göndərilmiş Roberto Di Matteonu cəmi 2 xal qabaqlayıb.

Liqalara gəldikdə, cədvəlin sürprizi planetin ən maraqlı çempionatlarından olan Premyer Liqanın yalnız 5-ci yerdə olmasıdı. İdman.com.az saytı xəbər verir ki, İspaniya əsas rəqiblərini xeyli qabaqlayaraq ön pillədə qərar tutur.

Ən yaxşı klub məşqçisi
1. Joze Maurinyu («Real») – 101
2. Roberto Di Matteo («Çelsi») – 99
3. Dieqo Simeone («Atletiko») – 97
4. Xosep Quardiola («Barselona») – 82
5. Tite («Korintians») – 61
6. Yupp Haynkes («Bavariya») – 40
7. Aleks Ferqyuson («Mançester Yunayted») – 27
8. Yurgen Klopp («Borussiya» D.) – 15
9. Marselo Byelsa («Atletik») – 12
10. Roberto Mançini («Mançester Siti») – 11

Ən yaxşı liqa
1. İspaniya — 1283
2. Braziliya — 1057
3. Almaniya — 1037
4. İtaliya — 1034
5. İngiltərə — 1007
6. Argentina — 919
7. Fransa — 880
8. Niderland — 738
9. Paraqvay — 712,5
10. Çili — 711,5
11. Ukrayna — 701
12. Belçika — 694
13. Ekvador — 688
14. Rumıniya — 657
15–16. Koreya — 653
15–16. Türkiyə — 653
17. Yunanıstan — 645,5
18. Portuqaliya — 633,5
19. Rusiya — 626
20. Meksika — 614,5

Xəbər 972 dəfə oxundu.