Rüfət Dadaşov Bundesliqa klubunda
Milli komandamıza dəvət alan Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Rüfət Dadaşov Bundesliqa təmsilçisinin əsas komandasına cəlb olunub. O, artıq bu komanda ilə birgə Türkiyədə təlim-məşq toplanışındadı.
Rüfət “Kayzerslautern”in heyətində bir sınaq matçına da çıxıb. Onun komandası “Meştershaym”a 4:0 hesabıyla qalib gəldiyi görüşdə millimizin üzvü ikinci hissədə meydanda olub.
Qeyd edək ki, Rüfətdən əvvəl millimizin digər bir üzvü – Ali Gökdemir “Hannover 96″nın əsas heyətinə cəlb olunub.

Xəbər 1212 dəfə oxundu.