2012-ci ilin ən yaxşı məşqçisi
“Şöhrət” ordenli, Əməkdar İdman Ustası Elçin Zeynalov “2012-ci ilin ən yaxşı məşqçisi” adını almışdır.
Gənclər və İdman Nazirliyi kollegiyasının qərarına əsasən, o, bu fəxri ada XXX London Yay Olimpiya Oyunlarında qızıl medal mükafatçısı Toğrul Əsgərovun qələbəsinə görə layiq görülmüşdür.
Fəaliyyət göstərdiyi 40 il müddətində yetirmələrinin müxtəlif mötəbər yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qoruyan və hazırda Təhsil Nazirliyinin “Təhsil” İdman Mərkəzinin Gəncə filialında çalışan bacarıqlı məşqçi yaşının ahıl vaxtında da sevdiyi peşəsindən ayrılmır. Hər gün yüzlərlə gənc onun rəhbərliyi altında güləşin sirlərinə yiyələnir.
Elçin Zeynalov AzərTAc-a müsahibəsində qazandığı bütün nailiyyətlərə görə Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdar olduğunu bildirmişdir. İdmançı ona göstərilən yüksək etimadı bundan sonra da layiqincə doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini demişdir.
AzərTAc

Xəbər 888 dəfə oxundu.