Xarkov Taysonu transfer edib
Ukraynanın “Şaxtyor” klubu Xarkov “Metallist”inin futbolçusu Taysonu transfer edib. Braziliyalı hücumçu Donetsk təmsilçisinə 12,5 milyon avroya başa gəlib.
Müqavilənin müddəti isə hələ məlum deyil.

Qeyd edək ki, Tayson mövsümün ilk yarısında “Metallist”in heyətində Avropa Liqası matçlarına çıxıb. Bununla belə, “sambaçı” “Şaxtyor”a Çempionlar Liqası qarşılaşmalarında kömək edə biləcək. UEFA-nın yeni əsasnaməsinə görə, Avroliqada çıxış etmiş futbolçulardan yalnız biri qitənin ən nüfuzlu turnirində və ya əksinə iştirak edə bilər

Xəbər 991 dəfə oxundu.