Yunan-Roma güləşi üzrə milli komandamızın açıq məşqi keçirilib
Yanvarın 11-də Azərbaycan Güləş Mərkəzində Yunan-Roma güləşi üzrə milli komandamızın açıq məşqi keçirilib.
Tədbirdə, həmçinin komandaya yeni təyin olunmuş məşqçilər ictimaiyyətə təqdim olunub. Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində iranlı mütəxəssis Cəmşid Xeyrəbadi çalışır. Ona həmyerliləri Nurbaxış Nasir (böyük məşqçi) və Dost Cəfər Nezafat (məşqçi) kömək edirlər.
AzərTAc

Xəbər 1010 dəfə oxundu.