Müşfiq İsayevin xatirəsinə beynəlxalq turnir başa çatıb
Bu gün “Abu Arena” İdman Kompleksində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçirilib. Yarış iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn idman ictimaiyyətinin nümayəndələri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Müşfiq İsayevin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər. Bu mərasimdən sonra yarışlara start verilib.

Turnirin açılışında çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğuladı. Bildirdi ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi ötən il keçirilmiş London Olimpiadasında Azərbaycan idmançıları 10 medal qazanmışlar ki, bunlardan da 7-si güləşçilərin payına düşmüşdür. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirdi ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olmuşdur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışın əhəmiyyətini yüksək qiymətləndirdi, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışmış və idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırdı.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam etdi.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan pəhləvanlar da qalibiyyət uğrunda mübarizə apardılar.
10 çəki dərəcəsində 129 phələvanın yarışdığı turnirdə qalib və mükafatçılar aşağıdakı kimi müəyyənləşdilər:

42 kq
1. Qulamdjon Abdullayev - Özbәkistan
2. Orxan Abbasov
3. Müşfiq Vәliyev
3. Erbol Dilmaqombetov – Qazaxstan

46 kq
1. Fazil Hәsәnov
2. Elvin Namazov
3. Nurjan Seytjon - Qazaxstan
3. Mahal Novruzov

50 kq
1. Mahir Әmiraslanov
2. Coşqun Mәmmәdov
3. Tofiq Sadıxlı
3. Georgi Pasikaşvili – Gürcüstan

54 kq
1. Georgi Kazaraşvili - Gürcüstan
2. Arif Hüseynov
3. Süleyman Vәliyev
3. Ibrahim Әliyev

58 kq
1. Mәhәmmәdәli Әliyev
2. Murad Süleymanov
3. Ruslan Abdullayev
3. Mәhәmmәd Hәsәnzadә

63 kq
1. Teymur Mәmmәdov
2. Tәbriz Mәmmәdov
3. Rustam Qasanov - Rusiya
3. Nәbi Nuquşov

69 kq
1. Abumuslum Muxidinov - Rusiya
2. Tariel Gaphrindaşvili - Gürcüstan
3. Hafiz Xәlәfov
3. Ilyas Jumay – Qazaxstan

76 kq
1. Mәhәmmәdrәsul Qazımәhәmmәdov
2. Arsen-ali Musalalıyev - Rusiya
3. Sәnan Әlizadә
3. Şamil Amirov – Rusiya

85 kq
1. Turxan Qurbanov
2. Abdul Ibrahimov - Rusiya
3. Rәhman Abdullayev
3. Cavid Sadıqov

100 kq
1. Givi Matçaraşvili - Gürcüstan
2. Rüstәm Hacıbәyov
3. Sadiq Ağamalıyev
3. Üzeyir Yusubov

Xəbər 1178 dəfə oxundu.