Yaponiya yığması Bakıya gəlir
Bu il may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Artıq təşkilati işlərə başlanılıb. Turnirdə iştirakla bağlı Yaponiya Futbol Assosiasiyasından AFFA-ya təsdiq məktubu göndərilib.
II Caspian Cup turnirində də iştirak edən Asiya təmsilçisi turnirin səviyyəsindən və təşkilati işlərdən razı qaldığına görə bu il də turnirdə iştirak etmək barədə qərar qəbul edib.
affa.az

Xəbər 987 dəfə oxundu.