Cüdo üzrə Bakı şəhər açıq birinciliyi başa çatıb
Şağan Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə keçirilən Bakı şəhər açıq birinciliyi başa çatmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə dörd gün davam edən yarışda paytaxtın klub və cəmiyyətlərindən 600-yə yaxın cüdoçu müxtəlif çəki dərəcələrində mübarizə aparmışdır.
Yarışda Nazir Talıbov, Əmrah Səlimov, Rəşad Dünyamalıyev, Yaşar Nəcəfov, İsmayıl Temirzadə, Vüqar Abdullayev, Knyaz Mahmudov, Paşa Alıyev, Razim Yaqublu və Anar Ağayev birinci yerləri tutmuşlar.
Qaliblərə BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
AzərTAc

Xəbər 1038 dəfə oxundu.