İtaliyada 1/4 final oyunları keçirilib
İtaliya kubokunda futbol üzrə1/4 final oyunları keçirilib.
İkinci oyun günündə daha bir qarşılaşma baş tutub.

İtaliyanın iki nəhəng klubu - "Yuventus" və "Milan" komandaları Turnirdə üz-üzə gəliblər. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda əlavə hissəyə ehtiyac duyulub. Əlavə vaxtın 95-ci dəqiqəsində ikinci qolu vuran "Yuventus" yarımfinala yüksəlib - 2:1.

Qeyd edək ki, 1/4 final qalan iki oyunu yanvarın 16-17-də keçiriləcək.


9 yanvar
"Yuventus" - "Milan" - 2:1
Qollar: Əl Şaaravi, 6 (0:1), Covinko, 12 (1:1), Vuçiniç, 95 (2:1)

16 yanvar
"İnter" - "Boloniya"

17 yanvar
"Fiorentina" - "Roma"

Xəbər 987 dəfə oxundu.