Runi "Anji"nin hədəfində
Son turlar "Mançester Yunayted"in əsas heyətindən kənarda qalan Ueyn Runinin mövsüm başa çatanda komandadan ayrılacağı gözlənilir.

Süleyman Kərimovun sahibi olduğu Rusiyanın “Anji” klubu ulduz futbolçuya “elçi düşüb”.

Klubun baş məşqçisi Quus Hiddink qış transfer dönəmində futbolçunu komandasına cəlb etmək istəyir. “Anji” rəhbərliyi transferi üçün "Mançester Yunayted"ə yüksək məbləğdə təzminat ödəməyə hazırdır.

Xəbər 848 dəfə oxundu.