Aquero Maradonanın qızını boşanıb
«Mançester Siti»nin forvardı Serxio Aquero həyat yoldaşı – argentinalı futbol əfsanəsi Dieqo Maradonanın qızını boşayıb. 23 yaşlı Cannina oğlu Bencamini də götürüb Mançesterdən Madridə köçüb.

İdman.com.az saytının məlumatına görə, Cannina öz tvitterində bu sözü yazıb: «Biz ayrıldıq». Bu ifadələr altındakı şərhlər arasında isə belə bir yazı da var: «Aquero sənə layiq deyil. O axmağın biridi». Bununla belə, Cannina 4 il birgə yaşadığı öz keçmiş ərini tənqid etməyi düşünmür:

«Belə demə, o, mənim oğlumun atasıdı və sənin dediyin kimi deyil. Cütlük ayrılanda həmişə hər iki tərəf günahkar olur».
Aqueroya gəldikdə, onun artıq yeni sevgilisi var. Serxio argentinalı müğənni Karina Teyeda ilə görüşür.

Xəbər 1028 dəfə oxundu.