«Arsenal»dan Vilya üçün rəsmi təklif gəlib
«Barselona»nın forvardı David Vilya karyerasını «Arsenal»da davam etdirə bilər. İspanlara rəsmi təklif edən «topçular» kataloniyalılara 13,8 milyon funt verməyə hazırdılar. Vilyanın özünə isə həftəlik 100 min funt maaş verməyi düşünürlər.

İdman.com.az saytının məlumatına görə, danışıqların uğursuz başa çatacağı təqdir üçün ingilislərin ehtiyat variantı da artıq hazırdır. Onlar üzlərini digər ispan klubuna - «Atletiko»ya tutacaqlar. «Arsenal»ın Vilya sazişi baş tutmayacaq təqdirdə almaq istədikləri forvard isə Adrian Lopesdir.

Xəbər 1175 dəfə oxundu.