İtaliya kubokunda 1/4 final oyunlarına start verilib
İtaliya kubokunda 1/4 final oyunlarına start verilib. İlk matç günündə bir qarşılaşma baş tutub.

Doğma publika önündə "Kataniya"nı qonaq edən "Latsio" inamlı qələbə qazanıb. Rəqibini 3:0 hesabı ilə üstələyən paytaxt təmsilçisi yarımfinal mərhələsinə adlayıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşləri bu axşam və yanvarın 16-17-də keçiriləcək.

Xəbər 1076 dəfə oxundu.