“Kəpəz” iki legioner saxladı
“Kəpəz” komandadan kənarlaşdırılan əcnəbi futbolçuların siyahısını açıqlayıb. Gəncə klubu 4 əcnəbiyə qapını göstərib.
Belə ki, qapıçılar – İvan Rados və Arsen Ondobo, yarımmüdafiəçi Bujamin Asani və hücumçu Yuri Fomenko komandanı tərk edib. Bu futbolçularla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Heyətdə yalnız iki legioner saxlanılıb. Yarımmüdafiəçilərdən Nikolay Svejentsev və Armando Feutçine mövsümün qalan hissəsində də “Kəpəz”in şərəfini qoruyacaq.

Xəbər 810 dəfə oxundu.