AİPS fəaliyyətini Amerikada gücləndirir
Kolumbiyada yanvarın 6-da Milli Oyunlar başlayıb. 27 ölkənin idmançılarının mübarizəsi yanvarın 11-nə kimi davam edəcək. İdman.com.az saytının məlumatına görə, bu yarışların əsası 1987-ci ildə Bucaramanqa şəhərində qoyulub. 1989-cu ildə isə elə həmin şəhərdə ilk oyunlar təşkil olunub. Kolumbiya paytaxtı Boqotada ümumilikdə 10 oyuna - stolüstü tennis, voleybol, atletika, şahmat, futbol, futzal, bilyard, boulinq, velosiped və texo (yerli idman növü) üzrə yarışlar keçirilir.

Kolumbiya İdman Yazarları Assosiayası və Beynəlxalq idman jurnalistləri təşkilatı olan AİPS ilk dəfə bu oyunlarda genişmiqyaslı tədbir keçirirlər. Hazırda oyunları 500-dən artıq jurnalist işıqlandırır.

Qeyd edək ki, AİPS Cənubi Amerikada silsiləli tədbirlər təşkil edəcək. Növbəti jurnalist toplantısını AİPS ilk dəfə Amerika Oyunları çərçivəsində keçirəcək. Oyunlar mayın 19-dan 25-nə kimi Kolumbiyanın Medelyin şəhərində keçiriləcək.

Xəbər 823 dəfə oxundu.